Dalga Televiziyasi Azərbaycan və Gürcüstan gömrük orqanları arasında texniki təminat sənədlərinin icra vəziyyəti müzakirə edilib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2294
DünənDünən6491
Bu həftəBu həftə8785
Bu ayBu ay25144
Bu günə qədərBu günə qədər8634935

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Azərbaycan və Gürcüstan gömrük orqanları arasında texniki təminat sənədlərinin icra vəziyyəti müzakirə edilib

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" gömrük postunda Azərbaycan və Gürcüstan gömrük xidmətləri nümayəndə heyətlərinin görüşü keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan nümayəndə heyətinə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov, Gürcüstan nümayəndə heyətinə isə bu ölkənin Maliyyə Nazirliyinin Gəlirlər Xidməti Gömrük Departamentinin rəhbəri Vladimer Khundadze başçılıq edib.

Görüşdə Azərbaycan və Gürcüstan arasında iqtisadi, siyasi və mədəni əlaqələrin hazırkı durumu yüksək qiymətləndirilib, əlaqələrin davamlı inkişaf etdiyi və qarşılıqlı münasibətlərin güclənməsində gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyü qeyd olunub.

Bununla yanaşı, Azərbaycan və Gürcüstan gömrük orqanları arasında məlumat mübadiləsinə dair həm ikitərəfli, həm də GUAM çərçivəsində imzalanmış texniki təminat sənədlərinin icra vəziyyətləri müzakirə edilib, iki ölkə arasında ticarətin asanlaşdırılmasına töhfə vermək, mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin həyata keçirilməsini təmin etmək məqsədi daşıyan həmin sənədlərin əhəmiyyəti vurğulanıb.

Bildirilib ki, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti Gömrük Departamentinin nümayəndələri ilə birgə aparılan monitorinq zamanı ilkin məlumat mübadiləsinin təşkil edilməsi üçün tətbiq olunan test sınaqlarının daha 1 ay müddətində davam etdirilməsi qərara alınıb.

Eyni zamanda, xarici turistlərin marağının artırılması, turizmin inkişafında davamlılığın təmin edilməsi və rəqabət qabiliyyətinin möhkəmləndirilməsi məqsədilə xarici vətəndaşlar tərəfindən alınan mallara görə ödənilmış əlavə dəyər vergisinin tam və ya qismən geri qaytarılması (TAX FREE) sisteminin tətbiqi ilə bağlı iki ölkənin gömrük orqanları arasında məlumat mübadiləsinin həyata keçirilməsinin zəruriliyi də qeyd olunub.

Saytda Axtarış

Son xəbərlər