Dalga Televiziyasi NATO Parlament Assambleyası Gürcüstan hökuməti və parlamenti qarşısında yeni tələb qoyub
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1260
DünənDünən5773
Bu həftəBu həftə37976
Bu ayBu ay43764
Bu günə qədərBu günə qədər8405395

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


NATO Parlament Assambleyası Gürcüstan hökuməti və parlamenti qarşısında yeni tələb qoyub

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

NATO Parlament Assambleyası Gürcüstanın alyansa inteqrasiyasının gücləndiriməsi ilə bağlı müəyyən şərtlər irəli sürüb. 

NATO Gürcüstan hökuməti və parlamentini ölkədə demokratiyanı, söz və mətbuat azadlığını inkişaf etdirməyə, məhkəmələrin müstəqilliyini təmin etməyə çağırıb.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, bu fikirlər, NATO PA-nın "Gürcüstanın Avroatlantik strukturlara inteqrasiyasının dəstəklənməsi” ilə bağlı qəbul etdiyi bəyannamədə əksini tapıb.

Sənəddə deyilir: "NATO PA hesab edir ki, Gürcüstan NATO-ya inteqrasiyasının gücləndirilməsi məqsədilə Gürcüstan-NATO komissiyasının, Milli Fəaliyyət Proqramının ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlı təklif və tövsiyələrindən, mövcud imkanlardan istifadə etməlidir. Hökumət və parlament, ölkədə demokratik institutların inkişafı, media azadlığının, məhkəmələrin müstəqilliyinin təmin olunması istiqamətində fəaliyyəti davam etdirməli, iqtidar partiyası ilə müxalifət partiyaları arasında dialoqu dərinləşdirməli və gərginliyi azaltmalıdır”

Saytda Axtarış

Son xəbərlər