Dalga Televiziyasi Azərbaycan-Gürcüstan münasibətlərində gərginlik yarana bilərmi?- RƏY
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün5691
DünənDünən6004
Bu həftəBu həftə36634
Bu ayBu ay42422
Bu günə qədərBu günə qədər8404053

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Azərbaycan-Gürcüstan münasibətlərində gərginlik yarana bilərmi?- RƏY

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Əfqan Muxtarlının saxlanılmasından sonra Gürcüstan hakimiyyətinin ünvanına tənqidlər səsləndirildi. Gürcüstan hakim dairələri bəzi hallarda birbaşa ittiham hədəfinə çevrildi. Ancaq sonra Dövlət Sərhəd Xidməti (DSX) və Baş Prokurorluğun mətbuat xidmətləri Əfqan Muxtarlının həbsi ilə bağlı məlumat yaydı və prosesin necə baş verdiyi açıqlandı.

Məlumatda bildirilir ki, Azərbaycan vətəndaşı, 1974-cü il təvəllüdlü Muxtarlı Əfqan Sabir oğlu 29 may 2017-ci il tarixdə saat 22:40-da Balakən rayonu ərazisində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadan nəzarət-buraxılış məntəqələrindən kənarda Gürcüstandan Azərbaycan Respublikasına qanunsuz olaraq keçdikdən sonra qaçmağa cəhd edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onlara qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərib və xidmətin əməkdaşları tərəfindən saxlanılıb. Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən axtarış zamanı Ə.Muxtarlının üzərindən 10 min avro məbləğində nağd pul, “Bank of Georgia ekspress” plastik kartı və digər əşyalar aşkar edilərək götürülüb. Həmin faktla bağlı 30 may 2017-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 318.1 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və 206.1-ci (Qaçaqmalçılıq) maddələri ilə cinayət işi başlanıb və Ə.Muxtarlıya şübhəli şəxs qismində tutulub. 31 may 2017-ci il tarixdə Ə.Muxtarlı təqsirləndirilən şəxs qismində Cinayət Məcəlləsinin 318.1, 206.1 və 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan olunmaqla Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bəs bu baş verənlər Azərbaycan-Gürcüstan münasibətlərinə təsir edə bilərmi?

Konstitusiya Araşdırmaları Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev “Cümhuriyət” qəzetinə açıqlamasında bu məsələnin münasibətlərə təsir edəcəyini düşünmədiyini deyib:

“Gürcüstan və Azərbaycan tərəflərinin rəsmi məlumatına görə, bu proses “yaşıl zona”da baş verib. Ona görə də bu məsələdə Gürcüstan tərəfi heç bir məsuliyyət daşımır. Eyni zamanda Azərbaycan tərəfinin də tam hüququdur ki, ərazisinə daxil olan şəxslərin sənədləri ilə tam şəkildə tanış olsun. Rəsmi orqanların açıqlamalarına nəzər salsaq, iki ölkənin münasibətlərinə xələl gətirəcək heç bir hadisə baş verməyib.

Digər tərəfdən Azərbaycan Gürcüstanla rəsmi tərəfdaşlıq edir. İki ölkə siyasi, iqtisadi, mədəni əlaqələr baxımından sıx tərəfdaşdırlar. Azərbaycan və Gürcüstan demək olar ki, bir-biri üçün sanki oksigendirlər. Bu baxımdan düşünmürəm ki, bu hadisə münasibətlərə hər-hansı bir xələl gətirəcək. Hər iki tərəfin rəsmi açıqlamalarına görə isə bu hadisə heç bir ölkənin qanunlarını pozmadan baş verib. Rəsmi açıqlamaların mahiyyətində duran məsələ də məhz budur. Bu məsələni kim necə şərh edirsə, onların şəxsi fikirləridir. Bu şəxslərin fikirləri ilə də iki ölkənin münasibətlərinə xələl gələcəyi nəticəsinə gəlmək doğru deyil”.

Ə.Nuriyev hesab edir ki, bəzi dairələr bu məsələdə Gürcüstanın üzərinə bilərəkdən gedirlər:

“Bu məsələdə strateji düşünmək lazımdır. Çünki Azərbaycan-Gürcüstan münasibətlərinin korlanmaşı hər iki ölkənin birbaşa ziyanınadır. Bu iki ölkə arasında illərdir formalaşan dəyərlərin tamamilə məhvinə səbəb ola bilər. Çünki Azərbaycan və Gürcüstan arasında münasibətlər ən yüksək səviyyədə qurulub. Ən yüksək əməkdaşlıq, hətta tərəfdaşlıq səviyyəsindədir. Əslində Cənubi Qafqazın sabitliyinin pozulması kimlərin maraqlarına uyğun olduğu məlumdur.

Azərbaycan-Gürcüstan münasibətlərinin pozulması da məhz Ermənistanın və bir sıra digər dövlətlərin maraqlarına xidmət edən amildir. Bu, Qərbin, Azərbaycanın və ya Gürcüstanın maraqlarına uyğun deyil. Münasibətlərin pozulması Ermənistanın və bir sıra dövlətlərinin xüsusi xidmət orqanlarının maraqlarına cavab verir. Bu məsələ məhz bu istiqamətdə dəyərləndirilməlidir. Çünki Azərbaycan və Gürcüstanın münasibətlərinin korlanması, hər iki dövlətin müstəqilliyinə, insan hüquqlarının azadlığına, demokratik və iqtisadi inkişafına qarşı yönələn addımdır. Digər tərəfdən yaxın günlərdə Gürcüstan ərazisindən keçən və Azərbaycanı Avropa ilə birləşdirən dəmir yolunun açılışı gözlənilir. Bir müddət Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin möhtəşəm görüşü baş tutdu.

Münasibətlər inkişaf etdikcə, kimlərsə buna qarşı çıxmağa çalışır. Cənub Qaz Dəhlizi, TANAP xətlərinin artıq tikintisi başa çatmaq üzrədir. Azərbaycan prezidenti də son çıxışında bildirdi ki, artıq tikinti işlərinin 90 faizi başa çatıb. Bütün bu işlər başa çatmaq ərəfəsində olduğu bir vaxtda münasibətlərə kölgə salmaq istəyirlər. Aparılan qaralama kampaniyası isə bütövlükdə Azərbaycana və Gürcüstana qarşıdır. Bəs kimlərdir münasibətləri gərginləşdirməyə çalışan? Təbii ki, Ermənistan və bir sıra digər dövlətlər. Belə olan halda münasibətlərin pisləşməsi yönündə açıqlama verən şəxslər kimin dəyirmanına su tökür? Təbii ki, Ermənistanın. Amma bir daha deyirəm ki, bu cür açıqlamalar Azərbaycan-Gürcüstan münasibətlərinə kölgə sala bilməz”. 

“Yeddi Dövlət - Bir Millət” Konseyinin başqanı, jurnalist Azər Həsrət də bu prosesin Azərbaycan-Gürcüstan münasibətlərinə təsir etməyəcəyini deyib. Azər Həsrət Əfqan Muxtarılının həbsi ilə bağlı tələsik açıqlama verən təşkilatları qınadığını da sözlərinə əlavə etdi:

“Çünki rəsmi açıqlamaları gözləmək, ondan sonra reaksiya vermək lazım idi. Amma təəssüflər olsun ki, bəzi təşkilatlar heç bir rəsmi reaksiya gözləmədən özlərinin uydurduğu şəkildə açıqlamalar yaydılar və Azərbaycan dövlətini ittiham etdilər. Bununla bərabər Gürcüstan dövlətini də ittiham etdilər ki, güya iki dövlət əlbir olub bir nəfəri oğurlayıb. Təbii ki, Azərbaycan və Gürcüstan strateji tərəfdaş ölkələrdir, dinc yaşamağı seçmiş qonşu dövlətlərdir. Bu dövlətlərin bir çox məsələlərdə maraqları üst-üstə düşür. Hər hansı bir şəxs və ya şəxslər haqqında qəbul olunan qərar iki dövlətin münasibətinə təsir etməməlidir, etməyəcək də. 

Sadəcə olaraq Azərbaycan dövlətinə basqıların nəticə vermədiyini görən, Azərbaycanın sabitliyini pozmağa cəhd edən Qərb dairələri düşünürlər ki, Gürcüstanın üzərinə getməklə öz istəklərinə nail ola biləcəklər. Amma ortada fakt var, hər şey göz qabağındadır. Təbii ki, bəlli bir istintaq dönəmi var və istintaq bütün məsələlərə tamamilə aydınlıq gətirəcək. Ona görə də Gürcüstanın üzərinə getməklə məcbur etməyə çalışırlar ki, sərt qərarlar versin  və ya Azərbaycanla bağlı müəyyən gedişlər etsin.

Amma bir məsələni unudurlar ki, Gürcüstan Azərbaycanla strateji tərəfdaşdır, münasibətlərinə sadiqdir və hər hansı bir fərdə görə Azərbaycanla bağlı sərt addım atmaq haqqında düşünməyəcək belə. Həm də elə bir fərdə görə ki, o, faktiki olaraq Gürcüstanın ərazisindən istifadə etməklə Azərbaycanda sabitliyi pozmağa cəhd göstərib. Sadəcə olaraq ortalığı qarşıdırıb, manipulyasiya etmək, özlərini qurban kimi göstərmək istəyirlər. Amma biz də çalışacağıq ki, proses bütövlükdə şəffaf şəkildə keçsin və istintaq nəyin nə olduğunu ortalığa qoysun. Gürcüstanla Azərbaycanın münasibətlərinə heç nə təsir göstərə bilməz”.

Saytda Axtarış

Son xəbərlər