Dalga Televiziyasi Ermənilər dinc sakinlərimizi atəşə tutdular: İki yaşlı uşaq və bir qadın şəhid oldu
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün5422
DünənDünən6004
Bu həftəBu həftə36365
Bu ayBu ay42153
Bu günə qədərBu günə qədər8403784

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Ermənilər dinc sakinlərimizi atəşə tutdular: İki yaşlı uşaq və bir qadın şəhid oldu

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Bu barədə Dalga tv Oxu.Az-a istinadən  məlumat verib.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.

Hadisə ilə bağlı beynəlxalq qurumlar məlumatlandırılıb.

Silahlı Qüvvələrimizin bu istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub.

Müdafiə Nazirliyi bildirir ki, baş vermiş qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Saytda Axtarış

Son xəbərlər