Dalga Televiziyasi Gürcüstanın müxalifət partiyası etiraz aksiyası keçirib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün456
DünənDünən5773
Bu həftəBu həftə37172
Bu ayBu ay42960
Bu günə qədərBu günə qədər8404591

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanın müxalifət partiyası etiraz aksiyası keçirib

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Gürcüstanın müxalif Vətənpərvərlər Alyansı Partiyası Tbilisidə “Qızılgül inqilabı” meydanında kütləvi etiraz aksiyası keçirib.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, aksiya iştirakçıları konstitusiya islahatlarının həyata keçirilməsi, Rusiya ilə dialoqun başlanması və sosial problemlərin həll olunmasını tələb ediblər.

Bəzi etirazçılar aclıq aksiyasına başlayıb. Partiyanın liderlərindən biri, parlamentin vitse-spikeri və Tbilisi meri vəzifəsinə namizəd İrma İnaşvili analoji etiraz aksiyalarının davamlı olacağını bildirib. İ.İnaşvili partiyanın Gürcüstanın Rusiya ilə yeni münasibətlərə başlamasının da tərəfdarı olduğunu deyib: “Bunun üçün Rusiya ilə dialoq lazımdır. Dialoqa alternativ yoxdur”.

Aksiya Azadlıq meydanına qədər “Yaşasın Gürcüstan” şüarı ilə yürüşlə davam etdirilib. Partiya Tbilisi ilə yanaşı etiraz aksiyalarını Batumidə də keçirəcək.

Saytda Axtarış

Son xəbərlər