Dalga Televiziyasi Gürcüstan hərbçiləri “TurAz Qartalı” təlimlərini izləyib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün457
DünənDünən5773
Bu həftəBu həftə37173
Bu ayBu ay42961
Bu günə qədərBu günə qədər8404592

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstan hərbçiləri “TurAz Qartalı” təlimlərini izləyib

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı-2017” təlimləri çərçivəsində birgə taktiki uçuş təlimləri davam edir.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, təlimlərə iki ölkənin Hərbi Hava Qüvvələrinə məxsus “MiQ-29”, “F-16”, “Su-25”, “C-130 Herkules”, “A-400 M”, “CASA CN-235” təyyarələri və “Mi-35”, “Mi-17”, “Sikorski S-70” helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi qatılıb.

Azərbaycan Hərbi Hava Qüvvələrinin baş şturmanı, polkovnik Faiq Əliyev bildirib ki, təlimlərdə iki ölkənin hərbi hava qüvvələri birləşmiş əməliyyatların planlaşdırılaraq həyata keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarını yoxlamaq, birgə havadöyüşləri, yer hədəflərinə hücum, hava hücumundan müdafiə sistemlərinə qarşı birgə döyüş fəaliyyətinin aparılması, havaməkanındakı uçuş zonalarını, ərazidəki qalxma-enmə zolaqlarını, marşrut üzrə aeronaviqasiya vəziyyətini öyrənmək, uçuş, enmə və ehtiyat aerodromlarındakı şəraitlə tanış olmaq məqsədilə uçuşlar həyata keçirirlər.

Təlimlərdə Türkiyədən 170-dən çox şəxsi heyət iştirak edir. Bu gün təlimlər çərçivəsində F-16, MiQ-29 və Su-25 döyüş təyyarələri şərti hədəfi məhv etmək üçün birlikdə havaya qalxıblar. Həmçinin, MiQ-29 və F-16 təyyarələri birgə olaraq uzaq, orta və yaxın məsafəli şərti hava döyüşü tədbirlərini icra ediblər. Azərbaycan pilotları Türkiyə təyyarələrində, türk “şahinləri” isə bizim təyyarələrdə uçuşlar həyata keçiriblər.

Gürcüstan Hərbi Hava Qüvvələrinin nümayəndələri təlimləri izləmək üçün aerodroma gəlib. Məqsəd gələcəkdə Gürcüstan təyyarəçilərinin də “TurAz Qartalı” təlimlərinə qoşulmasını müzakirə etməkdir.

Bunda başqa, Mingəçevir məktəbliləri də təlimləri izləmək üçün aerodroma gəliblər.

Birgə taktiki təlimlər sentyabrın 30-dək davam edəcək.

Saytda Axtarış

Son xəbərlər