Dalga Televiziyasi Tbilisidə çoxprofilli “Lantset” Azərbaycan-gürcü klinikası istifadəyə verilmişdir
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün594
DünənDünən6004
Bu həftəBu həftə31537
Bu ayBu ay37325
Bu günə qədərBu günə qədər8398956

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Tbilisidə çoxprofilli “Lantset” Azərbaycan-gürcü klinikası istifadəyə verilmişdir

altGürcüstan paytaxtında pasyentlərə yüksək səviyyəli tibbi xidmət göstərəcək çoxprofilli “Lantset” Azərbaycan- gürcü tibb mərkəzi istifadəyə verilmişdir.
Onmərtəbəli klinika 25 milyon ABŞ dollarına başa gəlmişdir. Burada gürcü mütəxəssislərlə yanaşı, Türkiyə, Fransa, Avstraliya və İsraildən dəvət olunmuş yüksək ixtisaslı həkimlər nadir cərrahiyyə əməliyyatları aparacaqlar.
Tibb mərkəzinin açılış mərasiMində iştirak edən Gürcüstan parlamenti sədrinin birinci müavini Manana Kobaxidze AzərTAc-ın xüsusi müxbirinə müsahibəsində demişdir ki, ən müasir avadanlıqlarla təchiz olunmuş klinikanın açılışı münasibətilə Azərbaycan və gürcü xalqlarını təbrik edirəm. Bu, xalqlarımızın, dövlətlərimizin mehriban münasibətlərinin daha bir təsdiqidir və tibb mərkəzinin bütün bölgə üçün əsl müalicə ocağına çevriləcəyinə ümidvaram.
Vitse-spiker heç kimə xəstələnməyi arzulamadığını bildirmiş, ancaq lazım gəldiyi təqdirdə qabiliyyətli mütəxəssislərin çalışdıqları klinikadan hamının sevinə-sevinə qayıdacağına əmin olduğunu bildirmişdir.
Gürcüstan parlamentinin sabiq deputatı, akademik Fridon Todua çoxprofilli böyük bir tibb mərkəzinin Azərbaycan xalqının müdrik oğlu Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünün qeyd edildiyi günlərdə istifadəyə verilməsini təqdirəlayiq saymışdır. O, dahi şəxsiyyət Heydər Əliyevi şəxsən tanıdığını vurğulamışdır.
Akademik demişdir ki, dünya şöhrətli siyasi xadim Heydər Əliyev Gürcüstana ağır vaxtlarda həmişə kömək etmiş və onun uzaqgörən siyasəti sayəsində çoxlarının ağlına sığmayan əsrin qlobal layihələrinin Gürcüstandan keçməklə reallaşdırılması ölkənin rifahının yüksəldilməsi ilə yanaşı, təhlükəsizliyinə də təminat vermişdir.
F. Todua bu nadir klinikanın Tbilisidə fəaliyyətə başlamasını böyük hadisə adlandırmış, əməkdaşlara uğur diləmişdir. O, eyni taleli ölkələrimizin tezliklə separatizmdən xilas olub ərazi bütövlüklərini təmin edəcəklərinə əmin olduğunu qeyd etmişdir.

Saytda Axtarış

Son xəbərlər