Dalga Televiziyasi Bakıdakı erməni avtomobilinin sirri
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün740
DünənDünən6004
Bu həftəBu həftə31683
Bu ayBu ay37471
Bu günə qədərBu günə qədər8399102

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Bakıdakı erməni avtomobilinin sirri

alt

Bakıda Ermənistan nömrəsi ilə maşının peyda olduğu iddia edilir.

“AzerFax” xəbər verir ki, həmin maşını əks etdirən foto Milli.az-da yayılıb.

E 001 KX nömrəli "Range Rover"in dayandığı küçə və ətrafdakı maşınlardan müəyyən etmək olur ki, foto Bakıda lentə alınıb.(21/36)

***
Bakı şəhərində peyda olunan Ermənistan nömrəli maşına aydınlıq gəldi.

Anspress-in məlumatına görə, E 001 KX nömrəli "Range Rover" avtomobilində olan bayrağın guya Ermənistana aid olduğu bildirilirdi. Bayrağın yaxşı görünməməsi ilk baxışdan bunu deməyə əsas verirdi. Ancaq araşdırmalardan sonra məlum oldu ki, həmin bayraq Moldova Respublikasından ayrılaraq özünü "respublika" elan etmiş Dnestryanı bölgəyə aiddir.

Belə baxanda tanınmamış bir respublikaya aid avtomobilin də Azərbaycana gətirilməsi sual doğurur.

Xatırladaq ki, paytaxtı Tiraspol olan Dnestryanı (Dnestryanı Moldov Respublikası) Dnestr çayı yanında yerləşmiş tanınmamış sosialist bölgədir və 1991-ci ildə elan edilib. "Dnestryanı respublika"nın əhalisi 505.000 min nəfərdir.

2004-cü ilə görə əhalinin etnik tərkibi 35% moldovan, 32% rus, 28% ukraynalı və 5% isə digər xalqlardan ibarət olub.

Saytda Axtarış

Son xəbərlər