Dalga Televiziyasi Bakıda dəhşət: ana və qızı özlərini 9-cu mərtəbədən atdılar
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün689
DünənDünən6004
Bu həftəBu həftə31632
Bu ayBu ay37420
Bu günə qədərBu günə qədər8399051

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Bakıda dəhşət: ana və qızı özlərini 9-cu mərtəbədən atdılar

altBakı şəhərində dəhşətli intihar hadisəsi baş verib. Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saat 09.30 radələrində Yeni Yasamal 2, ev 10 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 1968-ci il təvəllüdlü Kifayət Vəli qızı Abbasova və onun qızı, 1997-ci il təvəllüdlü Yeganə Asəf qızı Fərzəliyeva yaşadıqları binanın 9-cu mərtəbəsindən özlərini ataraq intihar ediblər. Onların intihar etməsinin səbəbləri hələlik məlum deyil.

Polisdən həmçinin bildirilib ki, iki üzvü intihar edən ailənin bir neçə gün əvvəl 14 yaşlı qızları itkin düşüb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

****

Yasamal rayonunda ana və qızının ölümü ilə nəticələnən faciə barədə bəzi məqamlar da məlum olub. Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, özünü 9-cu mərtəbədən atan 1997-ci il təvəllüdlü Yeganə Fərzəliyevanı anası xilas etmək istəyib. Lakin qızın anası Kifayət Abbasova balasını xilas edə bilməyib. Nəticədə qadın ya ehtiyatsızlıqdan, yaxud da bilərəkdən 9-cu mərtəbədən yıxılıb.

Hazırda ananın intihar edib-etməməsi məlum olmasa da, qızın nə səbəbdən özünü öldürməsi məlumdur.

Bildirilir ki, qızın kiçik bacısı bir müddət əvvəl evdən yoxa çıxıbmış. Sonradan qız tapılıb. Bu hadisə 17 yaşlı qıza pis təsir edib. Qızın bu səbəbdən də özünü öldürməsi ehtimal edilir.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Saytda Axtarış

Son xəbərlər