Dalga Televiziyasi 45 kiloluq tısbağa tıxac yaratdı
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün710
DünənDünən6004
Bu həftəBu həftə31653
Bu ayBu ay37441
Bu günə qədərBu günə qədər8399072

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


45 kiloluq tısbağa tıxac yaratdı

alt

45 kiloqramlıq tısbağa Amerikanın Sarasota (Florida ştatı) şəhərində tıxaca səbəb olub.

Dalgatv-nin  Trend-ə istinadən verdiyi xəbərə görə, sürücülər hadisə yerinə polis çağırıblar.

Şerif Ron Lokkun sözlərinə görə, heyvanı yolun hərəkət hissəsindən götürmək üçün bir neçə güclü kişi səy göstərməli olub. Bundan sonra tısbağanı yük maşınına yükləyib və polis bölməsinə aparıblar.

Hüquq-mühafizə orqanları heyvanın sahibini sosial şəbəkə vasitəsilə tapmağa çalışıblar. Tapılan tısbağa barədə elanın dərc edilməsindən bir neçə saat sonra onun sahibi Rayan Adams səhifədə şərh yerləşdirib. Həmin şəxs heyvanın adının Buldozer olduğunu bildirib. Tısbağa evin arxa həyətində yaşayırmış və hasarın altından lağım ataraq qaça bilib.

Tısbağa sentyabrın 20-də sahibinə qaytarılıb.

Saytda Axtarış

Son xəbərlər