Dalga Televiziyasi 101 il gözlənilən körpə
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün605
DünənDünən6004
Bu həftəBu həftə31548
Bu ayBu ay37336
Bu günə qədərBu günə qədər8398967

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


101 il gözlənilən körpə

alt

1913-cü ildən gözlənilən körpə doğulub. İngiltərədə 1/10 000 ehtimalı olan hadisə gerçəkləşib.

Dalgatv Anspress-ə istinadən xəbər verir ki, İngiltərədəki Silverton ailəsində 101 ildən sonra ilk dəfə qız uşağı doğulub. Bu qeyri-adi ailədə 4 nəsil ancaq oğlan uşaqları doğulub.

Körpə 43 yaşlı Ceremi Silverton və 36 yaşlı Daniella Andresin ailəsində doğulub. Poppi adlandırılan körpə ölkənin gündəminə düşüb.
Körpənin atasının sözlərinə görə, ultrasəs müayinəsi zamanı həkim körpənin cinsiyyətini açıqlayanda onlar qulaqlarına inanmayıblar. Ailə başçılarını qız nəvələrinin doğulacağına inandırmaq da elə asan olmayıb.

Bu illər ərzində ailədə bir dənədə olsun qız uşağı dünyaya gəlməyib. Ailənin ən axırıncı qızı doğulanda İngiltərə kralı 6. Corc olub. O zaman ölkədə qadınların səsvermə hüququları yox idi və I Dünya müharibəsi hələ başlamamışdı.

Saytda Axtarış

Son xəbərlər