Dalga Televiziyasi Gürcüstan parlamenti binada bomba qoyulmasına dair anonim zəngə görə işini dayandırmışdır
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1965
DünənDünən4631
Bu həftəBu həftə27662
Bu ayBu ay27662
Bu günə qədərBu günə qədər8770948

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstan parlamenti binada bomba qoyulmasına dair anonim zəngə görə işini dayandırmışdır

Gürcüstan parlamentinin sədri David Usupaşvili sentyabrın 6-sı, axşam saat 22 radələrində ali qanunvericilik orqanının ümumi iclasını dayandırmaq məcburiyyətində qalmışdır. Buna səbəb yenə də parlamentin binasına bomba qoyulmasına dair anonim zəng olmuşdur.
Parlamentin vitse-spikeri Zurab Abaşidze jurnalistlərə bildirmişdir ki, yenə də binaya bomba qoyulmasına dair məlumat daxil olmuş və təhlükəsizlik tədbirlərinə müvafiq olaraq təxliyə işlərinə başlanılmışdır.
Parlamentin Kutaisi şəhərindəki binasında bomba olduğuna dair ilk telefon zəngi bu il iyulun sonlarında vurulmuşdu. Anonim zəngin sahibi tezliklə müəyyən olunmuş, şəhər sakini, 71 yaşlı kişi tutulmuşdu.
Hazırda anonim zəng vuranın şəxsiyyətinin müəyyənləşdirilməsi üçün tədbirlər görüldüyü bildirilir.

Saytda Axtarış

Son xəbərlər