Dalga Televiziyasi İrakli Qaribaşvili: “Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi yekunlaşmaq üzrədir”
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün5599
DünənDünən6004
Bu həftəBu həftə36542
Bu ayBu ay42330
Bu günə qədərBu günə qədər8403961

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İrakli Qaribaşvili: “Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi yekunlaşmaq üzrədir”

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 
Gürcüstanın baş naziri İrakli Qaribaşvili oktyabr ayında ölkədə yüksək səviyyəli “Böyük İpək Yolu” Forumunun keçiriləcəyini açıqlayıb.

APA-nın “vz.ru” saytına istinadən verdiyi xəbərə görə, baş nazir bunu paytaxtda keçirilən “Ambassadorial-2015” forumunda çıxış zamanı deyib.

İ. Qaribaşvili xatırladıb ki, bu ilin fevralında ilk yük qatarı Çindən Gürcüstan vasitəsilə Avropaya gedib: “Bu, Gürcüstan, Azərbaycan, Özbəkistan və Çinin iştirakı ilə həyata keçirilən “Böyük İpək Yolu” layihəsinin bir parçasıdır.”
 

İ. Qaribaşvili bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi başa çatmaq üzrədir və bu, Xəzər regionundan Türkiyə vasitəsilə Avropa ilə əlaqə üçün yeni imkanlar açacaq. 
 

Qonşu ölkələrlə münasibətlərə də toxunan Gürcüstanın baş naziri ölkəsinin Azərbaycan, Türkiyə və Ermənistanla da sıx əməkdaşlıq etdiyini söyləyib: “Qonşularımız, o cümlədən Rusiyaya münasibətdə praqmatik siyasətin davam etdirilməsi çox vacibdir. Mən sülh dialoqu və praqmatik siyasətə alternativ görmürəm”.

Saytda Axtarış

Son xəbərlər