Dalga Televiziyasi ​SOCAR gələn ilin sonuna Rumıniyada 14-dək əlavə yanacaqdoldurma məntəqəsi açacaq
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün817
DünənDünən5773
Bu həftəBu həftə37533
Bu ayBu ay43321
Bu günə qədərBu günə qədər8404952

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


​SOCAR gələn ilin sonuna Rumıniyada 14-dək əlavə yanacaqdoldurma məntəqəsi açacaq

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2016-cı ilin sonuna kimi Rumıniyada 12-14 yanacaqdoldurma məntəqəsi açmağı planlaşdırır.

"Report" xəbər verir ki, bunu SOCAR-ın Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimov bu ölkədə dərc olunan "Neft sənayesi icmalı" jurnalına müsahibəsində bildirib. 

O qeyd edib ki, bu stansiyalar əsasən Rumıniyanın böyük şəhərlərində açılacaq.

 

"SOCAR Rumıniyada yanacaqdoldurma məntəqələri şəbəkəsini genişləndirməkdə davam edəcək. Yanacaqdoldurma məntəqələrinin sayını genişləndirməklə SOCAR bu ölkədə bazar payını artıracaq. Sevindirici haldır ki, Rumıniya xalqı bizim xidmətləri bəyənir"-,H.Kərimov bildirib.

O xatırladıb ki, 2011-ci ildən "SOCAR Romania"nın fəaliyyətə başlamasından indiyədək ölkədə "SOCAR" brendi ilə 31 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir.

Qeyd edək ki, SOCAR Rumıniyanın 14 regionunda yanacaqdoldurma məntəqələrinə malikdir.

Saytda Axtarış

Son xəbərlər