Dalga Televiziyasi Azərbaycan Gürcüstandan avtomobil idxalını 28 dəfə azaldıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün791
DünənDünən5773
Bu həftəBu həftə37507
Bu ayBu ay43295
Bu günə qədərBu günə qədər8404926

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Azərbaycan Gürcüstandan avtomobil idxalını 28 dəfə azaldıb

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Milli Statistika Xidməti məlumat verib.

Bu ilin yanvar ayında Gürcüstandan Azərbaycana 577,2 min dollar dəyərində 24 ədəd minik avtomobili ixrac olunub.

"Dalğa TV"nin xəbərinə görə, bu barədə APA Gürcüstan Milli Statistika Xidmətinə istinadən məlumat verib.

Bu, ötən ilin eyni ayı ilə müqayisədə 647 ədəd avtomobil və ya 27,96 dəfə azdır. Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan minik avtomobillərinin həcmi dəyər baxımından 23,7 dəfə azalıb.

Qeyd edək ki, ötən ay ərzində Gürcüstandan Azərbaycana ixrac olunan malların ümumi həcmində bu kateqoriyanın xüsusi çəkisi 15,13% təşkil edib.

Hesabat dövründə Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin həcmi bu ölkənin ümumi avtomobil ixracının 4,78%-ni təşkil edib.

Ötən ay ərzində ölkənin ümumi ixracında isə Azərbaycana ixrac olunan məhsulların xüsusi çəkisi 3,12% təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar ayında Gürcüstandan Azərbaycana 3 814,0 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da ötən ay ilə müqayisədə 7,47 dəfə azdır.

Saytda Axtarış

Son xəbərlər