Dalga Televiziyasi SOCAR-da davamlı üzvi çirkləndiricilərin ətraf mühitə təsirləri barədə fikir mübadiləsi aparılıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün622
DünənDünən5773
Bu həftəBu həftə37338
Bu ayBu ay43126
Bu günə qədərBu günə qədər8404757

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


SOCAR-da davamlı üzvi çirkləndiricilərin ətraf mühitə təsirləri barədə fikir mübadiləsi aparılıb

SOCAR-da davamlı üzvi çirkləndiricilər və onların ətraf mühitə, insan sağlamlığına mənfi təsirləri barədə fikir mübadiləsi aparılıb.

SOCAR-ın mətbuat xidmətindən Dalga tv-yə bildirilib ki, şirkətin struktur bölmələri, əməliyyat şirkətləri və birgə müəssisələrində “Tərkibində polixlorbifenil birləşmələr olan yağların idarə edilməsi üzrə Fəaliyyət Planı”nın icrasına dair treninq-seminar keçirilib. Seminarda Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nümayəndələri, energetika və ekologiya sahəsində çalışan mütəxəssislər iştirak edib.

Tədbirdə SOCAR-da təsdiq edilmiş Fəaliyyət Planının icrası ilə əlaqədar, BMT-nin “Davamlı üzvi çirkləndiricilər haqqında” Stokholm Konvensiyası, davamlı üzvi çirkləndiricilər və onların ətraf mühitə, insan sağlamlığına mənfi təsirləri, elektrik avadanlıqlarında aşkar olunan polixlorbifenil maddələrin idarə olunması haqqında seminar iştirakçılarına məlumat verilib, ETSN və AMEA nümayəndələrinin, SOCAR-ın Ekologiya İdarəsi mütəxəssislərinin hazırladıqları prezentasiyalar təqdim edilib.

Seminarın sonunda Fəaliyyət Planının icrası istiqamətində görüləcək tədbirlər haqqında fikir mübadiləsi aparılıb.

Saytda Axtarış

Son xəbərlər