Dalga Televiziyasi "Stadler” şirkəti Gürcüstanda zavod inşa edəcək
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün311
DünənDünən4432
Bu həftəBu həftə16833
Bu ayBu ay16833
Bu günə qədərBu günə qədər8760119

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


"Stadler” şirkəti Gürcüstanda zavod inşa edəcək

İsveçrənin "Stadler Rail AG" şirkəti Gürcüstanda vaqon istehsalı və təmiri zavodu inşa edəcək.

APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə şirkətin prezidenti Peter Şpulerlə Gürcüstan baş naziri Giorgi Kvirikaşvili arasında keçirilmiş görüşdə bildirilib.

Görüşdə qeyd olunub ki, zavod "Gürcüstan Dəmir Yolları" şirkətini və Tbilisi metrosunu vaqonlarla təmin edəcək. Müəssisə ixrac sifarişləri də qəbul edəcək.

Zavodun inşası üçün Tbilisi ətrafında yerləşən torpaq sahələri nəzərdən keçirilir.

Qeyd edək ki, ötən il "Stadler Rail AG" şirkəti Gürcüstana investisiya yatırmağa maraq göstərib. Bununla bağlı şirkətlə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi arasında memorandum imzalanıb.

Saytda Axtarış

Son xəbərlər