Dalga Televiziyasi Azərbaycan Gürcüstanın qida təhlükəsizliyi sahəsindəki təcrübəsini öyrənir
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4118
DünənDünən5442
Bu həftəBu həftə32331
Bu ayBu ay4118
Bu günə qədərBu günə qədər8365749

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Azərbaycan Gürcüstanın qida təhlükəsizliyi sahəsindəki təcrübəsini öyrənir

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin nümayəndə heyəti Gürcüstanda səfərdədir.

APA-nın yerli bürosunun məlumatına əsasən, Gürcüstanın Milli Qida Agentliyində Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə agentliyin nümayəndələri azərbaycanlı həmkarlarını qurumun əsas fəaliyyət istiqamətləri və bu sahədə mövcud qanunvericiliklə tanış ediblər. Qeyd olunub ki, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi yeni yaradılıb və Gürcüstanın bu sahədəki təcrübəsi Azərbaycan üçün maraqlıdır.

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin nümayəndə heyəti Gürcüstana üç günlük səfər çərçivəsində Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən layihələr, Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin laboratoriyası və Milli Şərab Agentliyi ilə tanış olacaq.

Nümayəndə heyətinin Gürcüstanın regionlarına səfərləri də planlaşdırılıb.

Saytda Axtarış

Son xəbərlər