Dalga Televiziyasi I Avropa Oyunlarının loqosunun təqdimatı keçirildi
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4110
DünənDünən6240
Bu həftəBu həftə29049
Bu ayBu ay34837
Bu günə qədərBu günə qədər8396468

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


I Avropa Oyunlarının loqosunun təqdimatı keçirildi

alt

Bu gün Bakı, Roma və Madriddə eyni vaxtda 2015-ci ildə Azərbaycanda keçiriləcək I Avropa Oyunlarının loqosunun təqdimatı keçirilib.

Romadan tədbirə videokörpü ilə qatılan gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Azərbaycan ilk Avropa Oyunlarının Bakıda keçirilməsindən qürur hissi keçirir və tədbirin yüksək səviyyədə təşkili üçün əlindən gələni edəcək.

Loqonun dizayneri Azərbaycandan olan Adəm Yunisov seçilib. A.Yunisov loqoda Azərbaycan xalqının birinci dəfə keçiriləcək Avropa Oyunlarına olan həvəs və istəyini ifadə etdiyini qeyd edib: "Fikirdə və idmanda yenilikçi və ilhamlandırıcı olmaq istədim".

Bakıda təşkil olunmuş təqdimetmə mərasimində gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Olimpiya çempionları Fərid Mansurov, Zemfira Meftihəddinova, Namiq Abdullayev iştirak ediblər. Loqonun təqdimatından öncə ölkəmizin tanıtım videoçarxı nümayiş olunub.

Saytda Axtarış

Son xəbərlər