Dalga Televiziyasi Bakıda Avropa Oyunları Parkı tikiləcək
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4363
DünənDünən6240
Bu həftəBu həftə29302
Bu ayBu ay35090
Bu günə qədərBu günə qədər8396721

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Bakıda Avropa Oyunları Parkı tikiləcək

alt

Bakının Səbail rayonunda Avropa Oyunları Parkı tikiləcək.

Bu “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında nəzərdə tutulub.

Avropa Oyunları Parkı su polosu, çimərlik voleybolu, çimərlik futbolu və 3x3 Basketbol meydançalarından ibarət olacaqdır.

Bundan başqa rayon ərazisində BMX (Bicycle Moto Xtreme)-velosipedi yarışları üçün veloparkın tikintisi nəzərdə tutulub.

Tədbirlər planın Səbail rayonu üzrə görüləcək işlər üzrə Bakı şəhərində Su İdmanı Sarayının tikintisinin davam etdirilməsi, Bakı İdman Sarayının (Əl Oyunları Sarayının) əsaslı təmiri, rayon ərazisində idman meydançalarının yaradılması planlaşdırılır.

Bakının Binəqədi rayonunda isə Stend Atıcılığı üzrə İdman Kompleksinin sökülərək yenidən qurulması və Dağ Velosipedi yarışları üçün veloparkın tikintisi nəzərdə tutulub.

Tədbirlər Planında Nəsimi rayonunda Heydər Əliyev adına İdman Konsert Kompleksinin əsaslı təmiri, Nizami rayonunda Gimnastika Kompleksinin tikintisinin davam etdirilməsi, Gimnastika Kompleksinin yanında məşq zalının vəköməkçi qurğularının tikintisi, 8-ci km ərazisində yerləşən Tibbi Bədən Tərbiyəsi Dispanserinin əsaslı təmiri, avadanlıqlarla təchiz olunması, Sabunçu rayonunda Bakı şəhərində 65000 tamaşaçı tutumu olan futbol stadionunun tikintisinin davam etdirilməsi nəzərdə tutulub.

Saytda Axtarış

Son xəbərlər