Dalga Televiziyasi Adı Ginnesin Rekordlar Kitabına daxil edilmiş ilk gürcüstanlı azərbaycanlı
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3879
DünənDünən6240
Bu həftəBu həftə28818
Bu ayBu ay34606
Bu günə qədərBu günə qədər8396237

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Adı Ginnesin Rekordlar Kitabına daxil edilmiş ilk gürcüstanlı azərbaycanlı

altGürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Tetrisxaro (Ağbulaq) rayonundakı Kosalar kəndinin sakini Etibar Budaqlının adı Ginnesin Rekordlar Kitabının 2014-cü ildə işıq üzü görmüş nəşrinə daxil edilmişdir.
Yeni nəşrin Gürcüstanın İdman və Gənclərin işi üzrə Nazirliyində təqdimat mərasimi keçirilmişdir.
Qeyri-adi bioenerjiyə malik olan idmançı bədənində yüz kiloqramdan çox dəmir əşyanı saxlaya bilir. O, İtaliya, Çin, Almaniyada çıxışları ilə tamaşaçıları təəccübləndirmiş, bu sahədə 12 dəfə rekordu təzələmişdir.
Etibar Budaqlı demişdir: “Bu yaxınlarda Qafqaz Rekordlar Federasiyasını təsis etmişəm. Məqsədim Azərbaycanda və Gürcüstanda qeyri-adi istedada malik olanları üzə çıxarmaq, onları Ginnesin Rekordlar Kitabına istiqamətləndirməkdir. Bununla əlaqədar müxtəlif qurumlarla məsləhətləşmələr aparılır”.
E.Budaqlı adı Gürcüstanda Ginnesin Rekordlar Kitabına daxil edilmiş ilk azərbaycanlıdır.

Saytda Axtarış

Son xəbərlər