Dalga Televiziyasi “Qəbələ” klubunun 16 yaşadək futbolçuları Tbilisidə keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün787
DünənDünən4432
Bu həftəBu həftə17309
Bu ayBu ay17309
Bu günə qədərBu günə qədər8760595

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


“Qəbələ” klubunun 16 yaşadək futbolçuları Tbilisidə keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər

 Dalga tv-nin Xeber.ge-yə istinadən xəbərinə görə, Aprelin 20-dən 25-dək Gürcüstanda “Dinamo” (Tbilisi) futbol komandasının məşhur yarımmüdafiəçisi Vitali Daraseliyanın xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək.

Turnirdə Azərbaycanın “Qəbələ”, Gürcüstanın “Dinamo”, İtaliyanın “İnter”, Belçikanın “Gent”, Xorvatiyanın “Dinamo”, Ukraynanın “Dinamo” (Kiyev), Türkiyənin “Trabzonspor” və Hollandiyanın “AZ” klublarının 16 yaşadək komandaları mübarizə aparacaqlar.

Oyunlar Tbilisinin “Dinamo” akademiyasının meydançasında, final qarşılaşması isə “Dinamo Arena”da keçiriləcək.

V.Daraseliyanın xatirəsinə həsr olunmuş ilk beynəlxalq turnir Tbilisidə 2016-cı ildə təşkil edilib. Həmin turnirdə Hollandiyanın “AZ” komandası qalib olub.

Tbilisinin “Dinamo” klubunun prezidentinin məsləhətçisi Levan Salukvadze jurnalistlərə bildirib ki, budəfəki turnirə daha güclü komandalar qatılıblar. V.Daraseliyanın xatirəsinə həsr olunmuş turnirə maraq daha da artır və gələcəkdə iştirakçı komandaların sayı artacaq.

Saytda Axtarış

Son xəbərlər