Dalga Televiziyasi Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Sadaxlı kəndinə qaz verilib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1904
DünənDünən6004
Bu həftəBu həftə32847
Bu ayBu ay38635
Bu günə qədərBu günə qədər8400266

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Sadaxlı kəndinə qaz verilib

altAzərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Gürcüstanda səfərdə olub.Rövnəq Abdullayev soydaşlarımızın kompakt yaşadığı, Ermənistanla sərhəddə yerləşən və 13 min əhalisi olan Sadaxlı kəndində qaz çəkilişinin açılışını həyata keçirib.Tədbirdə Gürcüstanın energetika və təbii ehtiyatlar naziri Kaxa Kaladze, ARDNŞ-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, baş nazirin köməkçisi Savalan Mirzəyev, Gürcüstan parlamentinin deputatları, Marneuli rayon rəhbərliyi və digər rəsmi şəxslər iştirak edib. Sadaxlı kəndinin mərkəzində Rövnəq Abdullayev və Kaxa Kaladze məşəli alovlandırıb. Sonra Sadaxlıya verilən ilk qaz kənd sakini Kamal Abdullayevin evində yandırılıb.Tədbirdən sonra kənd sakinlərinin problemləri ilə maraqlanan Rövnəq Abdullayev Sadaxlının sosial şəraitinin daha da yaxşılaşacağını qeyd edib və sakinlərin kəndin daxili yollarına asfalt örtüyü çəkilişi xahişinin də həyata keçiriləcəyini vurğulayıb.

Saytda Axtarış

Son xəbərlər