Dalga Televiziyasi Marneuli şəhərində xeyriyyə konserti təşkil olunub-FOTOLAR
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1221
DünənDünən4904
Bu həftəBu həftə23992
Bu ayBu ay89939
Bu günə qədərBu günə qədər8357410

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Marneuli şəhərində xeyriyyə konserti təşkil olunub-FOTOLAR

Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli şəhərindəki mədəniyyət evində “Mənim də köməyim olsun” adı altında xeyriyyə konserti təşkil edilib.

Konserti aparıcı Azər Məmmədov açıb.

“Yeni ulduz” müsabiqəsinin iştirakçısı ,Marneuli sakini olan Anar Əsgərov, Eynar Balakişiyev, Renat İsmayılov və digərləri iştirak edərək müxtəlif janrlarda mahnılar ifa edib, tamaşaçıların rəğbətini qazanıblar. Tamaşaçılar onları alqışlarla qarşılayıblar.

Konsert Marneuli Gənclər Sakreboolosunun, AMM-Gənclər şöbəsinin və run.az saytının dəstəyi ilə keçirilib. Xeyriyyə konsertinin Təşkilatçisi İlkin Hüseynov jurnalistlərə açıqlamasında  qeyd edib ki, bu cür xeyriyyə konsertlərin azərbaycanlıların məskunlaşdığı bir çox ərazilərdə,eləcə də Dmanisi,Bolnisi,Rustavi və paytaxt Tbilisidə də keçiriləcəyi gözlənilir.

Konsertdən əldə olunan gəlirin kimsəsiz və aztəminatlı ailələrin uşaqlarına veriləcəyi bildirilib.altaltalt

 

 

Saytda Axtarış

Son xəbərlər