Dalga Televiziyasi Marneulidə azərbaycanlı gənclər üçün “Ailə Məcəlləsi və məhkəməyə müraciət” mövzusunda seminar-treninq keçirilmişdir
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1001
DünənDünən4631
Bu həftəBu həftə26698
Bu ayBu ay26698
Bu günə qədərBu günə qədər8769984

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Marneulidə azərbaycanlı gənclər üçün “Ailə Məcəlləsi və məhkəməyə müraciət” mövzusunda seminar-treninq keçirilmişdir

alt

Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli şəhərində yaşayan azərbaycanlı gənclər üçün “Ailə Məcəlləsi və məhkəməyə müraciət” mövzusunda seminar-treninq keçirilmişdir.
Marneuli Gənclər Mərkəzinin təşəbbüsü ilə baş tutmuş tədbirdə onun üzvləri ilə yanaşı, Gürcüstanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr də iştirak etmişlər.
Hüquqşünaslardan Tsismari Andriaşvili və Muradxan Hüseynov seminar-treninq iştirakçılarına erkən evlilik, boşanma ilə əlaqədar məhkəmələrə müraciət və digər məsələlər barədə məlumat vermiş, onların suallarını cavablandırmışlar.
Sonra “Gənc liderlərin Forumu: Gürcüstan-Azərbaycan-2013” layihəsinə həsr olunmuş 25 dəqiqəlik videomaterial nümayiş etdirilmişdir. Azərbaycan “Qan Donorları Assosiasiyası” İctimai Birliyinin rəhbəri Fuad Əsgərov videoçarx barədə gənclərə ətraflı məlumat vermişdir.

Saytda Axtarış

Son xəbərlər