Dalga Televiziyasi Gürcüstanda azərbaycanlı gənclərin dövlət dilini öyrənmələri və cəmiyyətə inteqrasiyası yönündə mühüm tədbirlər həyata keçirilir
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2578
DünənDünən4834
Bu həftəBu həftə15664
Bu ayBu ay81611
Bu günə qədərBu günə qədər8349082

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanda azərbaycanlı gənclərin dövlət dilini öyrənmələri və cəmiyyətə inteqrasiyası yönündə mühüm tədbirlər həyata keçirilir

altGürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli şəhərində Barış və Vətəndaş Bərabərliyi üzrə Gürcüstan Dövlət Nazirliyinin təşkilatçılığı ilə azərbaycandilli məktəblərin 12-ci sinif şagirdləri ilə görüş keçirilmişdir.
Nazirliyin Kvemo Kartli-Borçalı bölgəsi üzrə nümayəndəsi Zaur Darğallı AzərTAc-ın xüsusi müxbirinə müsahibəsində demişdir ki, azərbaycanlı gənclərin dövlət dilini öyrənmələri və cəmiyyətə inteqrasiyası yönündə mühüm tədbirlər həyata keçirilir və bu görüş də həmin məqsədə xidmət edir. Diqqətə çatdırmışdır ki, görüşdə gənclər dövlət dilinə yiyələnmək niyyətində olduqlarını bir daha nümayiş etdirmişlər. Əlbəttə, bu istiqamətdə işlərin davam etdirildiyi təqdirdə azərbaycanlılar Gürcüstanın dövlət strukturlarında mühüm vəzifələr tutacaqlar.
Görüşdə Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Merab Topçişvili, Gürcüstan Baş nazirinin milli məsələlər üzrə köməkçisi Savalan Mirzəyev, Barış və Vətəndaş Bərabərliyi üzrə Dövlət Nazirliyinin şöbə müdiri Tinatin Qoqeliani, Vahid Milli İmtahanlar Mərkəzinin əlaqələndiricisi Maya Qabuniya və başqaları şagirdlərə Gürcüstanın ali məktəblərinə qəbul üzrə mövcud qaydalar, yeniliklər barədə ətraflı məlumat vermiş, onlara təhsildə uğurlar arzulamışlar.

Saytda Axtarış

Son xəbərlər