Dalga Televiziyasi Dini Komitənin sədri: “Bakıda 30 mindən çox erməni yaşayır"
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4417
DünənDünən4544
Bu həftəBu həftə25483
Bu ayBu ay25483
Bu günə qədərBu günə qədər8768769

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dini Komitənin sədri: “Bakıda 30 mindən çox erməni yaşayır"

alt

“Biz kifayət qədər yüksək səviyyədə mədəniyyətlərarası dialoq təşkil etmişik. Azərbaycan tolerantlıq məkanıdır. Ermənistanın bizim ölkəmizin 20 faizini işğal etməsinə baxmayaraq, bu gün Bakıda 30 mindən çox erməni yaşayır”.
Modern.az saytının məlumatına görə, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədfri Mübariz Qurbanlı Bakıda “Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə” mövzusunda keçirilən tədbirdən sonrakı mətbuat konfransında deyib.

Avropa Şurasının Baş katibinin müavini Qabriellla Battaini Dragoni isə bildirib ki, bu tədbirin keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına təşəkkür edir.

“Azərbaycan hər iki idən bir belə forumlar keçirtməklə mədəniyyətlərarası problemləri müzakirə etməyə şərait yaradır. Bu gün burada müxtəlif dini qrupların müzakirə etdiyi mövzular sırf dinlərlə bağlıdır. Bəzi insanlar üçün din əhəmiyyətli yer tutut, bəziləri üçün isə din əhəmiyyətli deyil. Onu vurğulamaq istərdim ki, Avropa Şurasında nifrətdən azad bir kampaniya həyata keçiririk. Çox şadam ki, Azərbaycanın da iştirakı ilə bir tədbir təşkil edəcəyik”.

Saytda Axtarış

Son xəbərlər