Dalga Televiziyasi Gürcüstanın dövlət naziri yeni dərs ili ilə əlaqədar azərbaycanlıların təhsil aldığı orta məktəbə baş çəkib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1215
DünənDünən4904
Bu həftəBu həftə23986
Bu ayBu ay89933
Bu günə qədərBu günə qədər8357404

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanın dövlət naziri yeni dərs ili ilə əlaqədar azərbaycanlıların təhsil aldığı orta məktəbə baş çəkib

altGürcüstanda yeni dərs ilinin başlanması ilə əlaqədar barış və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Paata Zakareişvili Bolnisi rayonunun Faxralı kəndindəki Arif Əliyev adına 1 saylı orta məktəbə baş çəkib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Gürcüstan və Azərbaycanın himnləri səsləndirilib. Sonra dövlət naziri yeni dərs ili münasibətilə müəllimləri və şagirdləri təbrik edib, onlara təhsildə uğurlar arzulayıb: “Ölkəmizdə müxtəlif etnik azlıqların dilində orta məktəblər var və hökumət bu məktəblərin qayğısına qalır. Hökumət milli azlıqların Gürcüstan cəmiyyətinə inteqrasiyası üçün əlindən gələni edir və inanır ki, onlar gələcəkdə gürcü dövlətinin tamhüquqlu vətəndaşları olacaqlar”.

P. Zakareişvili 24 nəfər birinci sinif şagirdinə noutbuk hədiyyə edib. Sonda azərbaycanlı şagirdlər gürcü və Azərbaycan dillərində şeirlər söyləyib, gürcü və Azərbaycan rəqsləri nümayiş olunub.

Tədbirdə Gürcüstanın baş nazirinin müşaviri Savalan Mirzəyev, Bolnisi rayon icra hakimiyyəti başçısı Qoqita Meşveliani, Gürcüstanın barış və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin Kvemo-Kartli üzrə müşaviri Zaur Darğallı iştirak ediblər.

Saytda Axtarış

Son xəbərlər