Dalga Televiziyasi Əhvalınızın xoş olmasını istəyirsinizsə MÜTLƏQ OXUYUN
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1194
DünənDünən6204
Bu həftəBu həftə7398
Bu ayBu ay13186
Bu günə qədərBu günə qədər8374817

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Əhvalınızın xoş olmasını istəyirsinizsə MÜTLƏQ OXUYUN

altHər bir insan əhvalının xoş olmasını arzulayır və bunun üçün müxtəlif vasitələr axtarır. Təbii ki, insanın əhvalının necə olması onun həyat tərzindən birbaşa asılıdır. Məsələn, sevdiyin işlə məşğul olmaq, xoş musiqiyə qulaq asmaq, təmiz havada gəzinti, normal yuxu rejimi, yaxın dostlarla bir arada olmaq və s. insanın əhvalına müsbət təsir göstərir. Ancaq bunlarla yanaşı onu da nəzərə almaq lazımdır ki, gündəlik qida rasionuna daxil edilən ərzaq məhsullarının da insan əhvalına təsiri əsas faktorlardan biridir.

Modern.az saytı sağlamlıqla bağlı növbəti yazıda insanın əhvalını yaxşılaşdıran qida məhsulları haqqında bilgiləri təqdim edir.


1. İnsanın əhvalına müsbət təsir göstərən ərzaq məhsullarından biri yoqurtdur. Bir şərtlə ki, bu qida məhsulunu alarkən onun təbii olmasına güvənəsiniz. Xüsusilə yay fəslində əhvalınızı yaxşılaşdırmaq istəyirsinizsə yoqurtdan istifadə edin. Daha yaxşı olar ki, evdə hazırlanmış yoqurtdan bəhrələnəsiniz.


2. Rəngləri ilə göz oxşayan meyvə və tərəvəzlər, xüsusilə kök, qırmızı şirin bibər, badımcan, çuğundur, xurma, portağal keyfinizi yaxşılaşdıracaq. Müvsümə uyğun olaraq meyvə və tərəvəzlərdən istifadə etsəniz əhvalınız yüksək səviyyədə olacaq.


3. Balıq məhsullarının orqanizm üçün saysız-hesabsız faydaları sırasında əhvala müsbət təsiri də hələ qədim zamanlardan məlumdur. Həftədə iki gün balıq və balıq məhsullarından istifadə etməklə əhvalınızı 7 gün arzuladığınız səviyyədə saxlaya bilərsiniz.


4. Gündəlik qida rasionuna kiçik bir miqdarda pendir əlavə etsəniz əhvalınızdan razı qalacasınız. Nahaqdan deməyiblər ki, fransız xalqı keyf eyləyir. Çünki dünyada ən çox pendirdən istifadə edənlər fransızlardır.


5. Müntəzəm olaraq qozdan istifadə etməklə siz nəinki əhvalınızı yaxşılaşdıracaqsınız, həm də özünüzü stressdən, gərginlikdən qorumuş olacaqsınız. Buna görə də səhərlər evdən çıxanda cibinizə bir ovuc qoz tökməyi unutmayın.


6. Əhvalınızın səhər tezdən yaxşı olmasını istəyirsinizsə səhər yeməyində bir ədəd yumurta istəyinizi peallaşdıracaq. Ancaq orqanizminizin bu qida məhsuluna uyğunluğunu nəzərə alaraq qədərində istifadə etməyiniz məsləhət görülür. Həftə ərzində hər dəfə 1 ədəd olmaqla 4 gün yumurtadan istifadə etmək tövsiyə olunur.


7. Çay min bir dərdin dərmanı olmaqla yanaşı əhvalı da yaxşılaşdırır. Xüsusilə də bitki çayları. Gün ərzində bir-iki fincan nanə çayı içsəniz özünüz şahidi olacaqsınız ki, əsəbləriniz nə qədər sakit, əhvalınız isə nə qədər yüksəkdir.

Keyfinizin yaxşı olmasına diqqət yetirin ki, sağlamlığınız da yerində olsun. Hər birinizə xoş əhval arzulayırıq.

Saytda Axtarış

Son xəbərlər