Dalga Televiziyasi Sabah Azərbaycanda havanın temperaturu 9 dərəcəyədək enəcək
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2620
DünənDünən6240
Bu həftəBu həftə27559
Bu ayBu ay33347
Bu günə qədərBu günə qədər8394978

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Sabah Azərbaycanda havanın temperaturu 9 dərəcəyədək enəcək

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Sabah Azərbaycan rayonlarında leysan xarakterli yağış yağacaq.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Oktyabrın 9-da Bakıda və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir. Güclü şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 11-13, gündüz 14-16, Bakıda isə gecə 11-13, gündüz 14-16 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv yağış olacağı ehtimalı var. Arabir güclənən qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 9-14, gündüz 14-18, dağlarda gecə 2-5, gündüz 5-10 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza əsasən, sabah havanın temperaturunun ötən günlərlə müqayisədə kəskin enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün çox əlverişsizdir.

Saytda Axtarış

Son xəbərlər