Dalga Televiziyasi Mikayıl Cabbarov Gürcüstanda Heydər Əliyev adına ali məktəbin bağlanmasına münasibət bildirib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2727
DünənDünən6240
Bu həftəBu həftə27666
Bu ayBu ay33454
Bu günə qədərBu günə qədər8395085

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Mikayıl Cabbarov Gürcüstanda Heydər Əliyev adına ali məktəbin bağlanmasına münasibət bildirib

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

"Heydər Əliyevin adından istifadə etməklə yaradılan universitetdə lazımi tələblərə riayət edilməyib".

Bunu Gürcüstanda səfərdə olan Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Azərbaycan icmasının üzvləri ilə görüşdə bildirib.

Gürcüstanda fəaliyyət göstərən Heydər Əliyev adına Tədris Universitetinin bağlanılmasına münasibət bildirən nazir deyib ki, bu, Gürcüstanın daxili işidir: "Biz bu məsələyə diqqət yetirəndən sonra Gürcüstanın aidiyyəti dövlət orqanları öz səlahiyyətlərini icra ediblər. Bu universitetin nə Azərbaycan dövləti, nə də Heydər Əliyev Fondu ilə əlaqəsi olub. Heydər Əliyevin adının universitetə verilməsi üçün müvafiq dövlət qurumları ilə də danışıq aparılmayıb".

Gürcüstanda azərbaycanlı tələbələrin aldığı diplomların həqiqiliyi barədə də qaldırılan məsələyə gəlincə, M. Cabbarov qonşu dövlətin verdiyi diplomlarla bağlı məsələyə şərh verə bilməyəcəyini vurğulayıb.

 

Saytda Axtarış

Son xəbərlər