Dalga Televiziyasi Gənclər arasındakı dava ölümlə nəticələndi
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2851
DünənDünən6240
Bu həftəBu həftə27790
Bu ayBu ay33578
Bu günə qədərBu günə qədər8395209

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gənclər arasındakı dava ölümlə nəticələndi

alt

Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə iyulun 28-də gecə rayonun Xəlitli kəndində qeydə alınıb.

Kənd sakini, 1987-ci il təvəllüdlü Məmmədov Müşfiq Mehman oğlu atasının əmisi nəvəsi, 1986-cı il təvəllüdlü Həmidov Amid Pünhan oğlunu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı bıçaqlayıb. Hadisə kəndin kənarındakı yeməkxanalardan birində qeydə alınıb.

Sərxoş vəziyyətdə olan Müşfiq Məmmədov Amid Həmidovun ürək və qarın nahiyəsinə bıçaqla xəsarətlər yetirib. A. Həmidov hadisə yerində dünyasını dəyişib.

M. Məmmədov polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.

Hadisənin baş vermə səbəbi hələlik məlum deyil.

Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır. 

Saytda Axtarış

Son xəbərlər