Dalga Televiziyasi Ermənistanda həbs olunan azərbaycanlının məhkəməsi başlayır
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2827
DünənDünən6240
Bu həftəBu həftə27766
Bu ayBu ay33554
Bu günə qədərBu günə qədər8395185

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Ermənistanda həbs olunan azərbaycanlının məhkəməsi başlayır

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Noyabrın 2-də Ermənistanın Lori vilayətində milliyyətcə azərbaycanlı olan Gürcüstan vətəndaşı Turqay Mikaylovun məhkəməsi keçiriləcək.
"Dalğa TV"nin "news.am"a istinadən verdiyi məlumata görə, iddiaya əsasən Faxralı kənd sakini, 35 yaşlı T. Mikayılov 2015-ci ilin 23 iyun tarixində, axşam saat 21:00 radələrində Lori rayonunun Dzyunaşox kəndi istiqamətində Gürcüstan-Ermənistan sərhədini qanunsuz keçib. Fakt üzrə "sərhədi qanunsuz keçmə" maddəsi ilə cinayət işi açılıb. Bu maddə 100 min dram məbləğində cərimə və ya 3 il müddətinə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Xatırladaq ki, T. Mikayılovun qohumu Bahar Mikayılova APA-ya açıqlamasında onun yolu azaraq Ermənistanın Cücə kəndinə keçdiyini açıqlayıb. Həmin kənd sakinləri onu saxlayaraq Ermənistan sərhədçilərinə təhvil veriblər.

Saytda Axtarış

Son xəbərlər