Dalga Televiziyasi Azərbaycan tərəfinə keçmiş Ermənistan vətəndaşı geri qaytarılıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün324
DünənDünən6004
Bu həftəBu həftə31267
Bu ayBu ay37055
Bu günə qədərBu günə qədər8398686

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Azərbaycan tərəfinə keçmiş Ermənistan vətəndaşı geri qaytarılıb

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Beynəlxalq sərhəddi 8 noyabr 2015-ci il tarixdə keçən mülki erməni vətəndaşı bu gün, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında keçirilən əməliyyat zamanı geri qaytarılıb.

Bu barədə BQXK-nin Azərbaycan nümayəndəliyindən məlumat verilib. Bugünkü təhvilvermə Azərbaycanın Qazax şəhəri ilə Ermənistanın İcevan şəhəri arasında yerləşən yolda, beynəlxalq sərhəddə gerçəkləşdirilib.

Məlumatda bildirilir ki, BQXK neytral vasitəçi qismində və öz mandatına uyğun olaraq Azərbaycan və Ermənistan hakimiyyət orqanları ilə birgə bu repatriasiyanın keçirilməsinə yardımçı olub. Repatriasiyadan əvvəl BQXK-nın nümayəndələri bu qadına baş çəkərkən o, geri dönmək arzusunu bildirib. Təşkilatın nümayəndələri həmçinin onun Ermənistandakı ailə üzvləri ilə də əlaqə saxlayıblar.

Cenevrə Konvensiyalarına əsaslanan mandatına uyğun olaraq BQXK, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, 1992-ci ildən bəri bu regionda fəaliyyət göstərir.

Saytda Axtarış

Son xəbərlər