Dalga Televiziyasi Gürcüstanda 27 nəfərin “donuz qripi”nə yoluxduğu qeydə alınıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4844
DünənDünən5773
Bu həftəBu həftə41560
Bu ayBu ay47348
Bu günə qədərBu günə qədər8408979

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanda 27 nəfərin “donuz qripi”nə yoluxduğu qeydə alınıb

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Gürcüstanda ötən ilin dekabr ayından başlayaraq 27 nəfərin "donuz qripi" (H1N1) virusuna yoluxduğu qeydə alınıb.

"Dalğa TV"nin  məlumatına görə, bunu bu gün Gürcüstan Səhiyyə nazirliyinin infeksiya və yoluxucu xəstəliklərə nəzarət Departamentinin rəhbəri Paata İmnadze bildirib.

Brifinqdə jurnalistlərin suallarını cavablandıran P. İmnadze qeyd edib ki, təmsil etdiyi qurum H1N1 virusuna qarşı mübarizə aparır: "Vətəndaşlarımızın peyvənd olunmasına başlanılıb. Bu günədək 12 min Gürcüstan vətəndaşı dövlətin dəstəyi ilə peyvənd edilib. Daha 8 min nəfər özəl xəstəxanalarda bu prosesdən keçiblər. Vətəndaşlarımız fevral ayının sonunadək H1N1 virusa qarşı peyvənd olunacaqlar".

P. İmnadze Gürcüstan ərazisində H1N1 virusundan ölüm hallarının qeydə alınmadığını bildirib. O, azərbaycanlıların kompakt yaşadığı bölgələrdə bu xəstəliyə yoluxma hallarının olmadığını da əlavə edib.

Saytda Axtarış

Son xəbərlər