Dalga Televiziyasi Gürcüstanda 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4847
DünənDünən5773
Bu həftəBu həftə41563
Bu ayBu ay47351
Bu günə qədərBu günə qədər8408982

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanda 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Sabah Gürcüstanda Bakıda baş verən 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək.

"Dalğa TV"nin məlumatına görə, həmin gün Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə təşkil olunan silsilə tədbirlərdə 20 Yanvar faciəsində həlak olan şəhid soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq və şəhid ailələrinə baş çəkiləcək.

20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunan silsilə tədbirlər azərbaycanlıların kompakt yaşadığı Qaraçöp, Kvemo Kartli bölgələrində Azərbaycan səfirliyinin, Gürcüstanın dövlət və hökumət rəsmilərinin, gürcü və azərbaycanlı ziyalıların iştirakı ilə keçiriləcək.

Yanvarın 20-də Tiflisdə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində isə Azərbaycanın azadlığı uğrunda həlak olanların xatirəsinə həsr olunmuş sərgi təşkil olunacaq.

Saytda Axtarış

Son xəbərlər