Dalga Televiziyasi Marqvelaşvili azərbaycanlılarla yumurta döyüşdürdü - FOTO
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4635
DünənDünən5773
Bu həftəBu həftə41351
Bu ayBu ay47139
Bu günə qədərBu günə qədər8408770

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Marqvelaşvili azərbaycanlılarla yumurta döyüşdürdü - FOTO

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Prezident bayram tədbirlərinə qatılıb.

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda Novruz bayramı şənliyi təşkil edilib.

 

"Dalğa TV"nin APA-ya istinadən məlumatına görə, bu gün Marneuliyə gələn Gürcüstan prezidenti Giorgi Marqvelaşvili və baş nazir Georgi Kvirikaşvili bayram münasibəti ilə təşkil edilən sərgi pavilionlarına baxış keçiriblər və bayram münasibəti ilə təşkil edilən Novruz tonqalını alovlandırdıqdan sonra tribunaya qalxıblar.

Novruz bayramı şənliyinin açılışında Kvemo çıxış edən Kartli bölgəsinin qubernatoru Paata Xizanaşvili Novruz bayramı ilə bağlı təbriklərini çatdırıb, sülh və əmin-amanlıq arzulayıb. Gürcüstan prezidenti G. Marqvelaşvili çıxışında Novruz bayramının əziz bayram olduğunu bildirib, azərbaycanlı, gürcü və digər millətləri birliyə, əmin-amanlığa çağırıb.

 

Sakinlərlə görüşən prezident onların şikayətlərini dinləyib, Novruz ənənələri ilə tanış olub və tonqal ətrafında yumurta döyüşdürüb

 

Gürcüstanın baş naziri G. Kvirikaşvili Novruz bayramının yeni il olduğunu bildirib və Azərbaycan dilində "Novruz bayramınız mübarək" deyə bayram münasibəti ilə azərbaycanlıları təbrik edib.

Sonra bayram münasibəti ilə konsert proqramı başlayıb. Konsertdə gürcü və Azərbaycan dillərində müxtəlif məzmunlu mahnılar səsləndirilib, aşıqlar el mahnılarını ifa ediblər. Tədbirin sonunda Gürcüstan prezidenti G. Marqvelaşvili Marneuli sakini, azərbaycanlı  iş adamı İntiqam İsmayılovun evində qonaq olub. O, azərbaycanlı ailəsinin Novruz bayramını təbrik edib, bütün ailələrə Novruz bayramı münasibəti ilə sülh, əmin-amanlıq  və bərəkət arzulayıb.

Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət naziri Paata Zakareişvili APA-ya açıqlamasında Novruz bayramını öz ailəsinin bayramı hesab etdiyini və hər il yenilik, sülh və barışıq bəxş edən bu bayramda iştirak etmək üçün azərbaycanlıların kompakt yaşadığı Marneuliyə səfər etdiyini bildirib. Nazir bayram münasibəti ilə təbriklərini çatdırıb.

Qeyd edək ki, Marneulidə təşkil olunan Novruz bayramı şənliyində Gürcüstanın dövlət və hökumət rəsmiləri, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, səfirin birinci müavini Dursun Həsənov, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Marneuli rayon icra hakimiyyətinin rəhbəri Merab Topçişvili, Kvemo Kartli  qubernatorunun müavini , Marneuli bələdiyyəsinin sədri Nəbi Abdullayev və başqaları iştirak ediblər.

Prezident bayram tədbirlərinə qatılıb.

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda Novruz bayramı şənliyi təşkil edilib.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, bu gün Marneuliyə gələn Gürcüstan prezidenti Giorgi Marqvelaşvili və baş nazir Georgi Kvirikaşvili bayram münasibəti ilə təşkil edilən sərgi pavilionlarına baxış keçiriblər və bayram münasibəti ilə təşkil edilən Novruz tonqalını alovlandırdıqdan sonra tribunaya qalxıblar.

Novruz bayramı şənliyinin açılışında Kvemo çıxış edən Kartli bölgəsinin qubernatoru Paata Xizanaşvili Novruz bayramı ilə bağlı təbriklərini çatdırıb, sülh və əmin-amanlıq arzulayıb. Gürcüstan prezidenti G. Marqvelaşvili çıxışında Novruz bayramının əziz bayram olduğunu bildirib, azərbaycanlı, gürcü və digər millətləri birliyə, əmin-amanlığa çağırıb.

Sakinlərlə görüşən prezident onların şikayətlərini dinləyib, Novruz ənənələri ilə tanış olub və tonqal ətrafında yumurta döyüşdürüb

Gürcüstanın baş naziri G. Kvirikaşvili Novruz bayramının yeni il olduğunu bildirib və Azərbaycan dilində "Novruz bayramınız mübarək" deyə bayram münasibəti ilə azərbaycanlıları təbrik edib.

Sonra bayram münasibəti ilə konsert proqramı başlayıb. Konsertdə gürcü və Azərbaycan dillərində müxtəlif məzmunlu mahnılar səsləndirilib, aşıqlar el mahnılarını ifa ediblər. Tədbirin sonunda Gürcüstan prezidenti G. Marqvelaşvili Marneuli sakini, azərbaycanlı  iş adamı İntiqam İsmayılovun evində qonaq olub. O, azərbaycanlı ailəsinin Novruz bayramını təbrik edib, bütün ailələrə Novruz bayramı münasibəti ilə sülh, əmin-amanlıq  və bərəkət arzulayıb.

Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət naziri Paata Zakareişvili APA-ya açıqlamasında Novruz bayramını öz ailəsinin bayramı hesab etdiyini və hər il yenilik, sülh və barışıq bəxş edən bu bayramda iştirak etmək üçün azərbaycanlıların kompakt yaşadığı Marneuliyə səfər etdiyini bildirib. Nazir bayram münasibəti ilə təbriklərini çatdırıb.

Qeyd edək ki, Marneulidə təşkil olunan Novruz bayramı şənliyində Gürcüstanın dövlət və hökumət rəsmiləri, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, səfirin birinci müavini Dursun Həsənov, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Marneuli rayon icra hakimiyyətinin rəhbəri Merab Topçişvili, Kvemo Kartli  qubernatorunun müavini , Marneuli bələdiyyəsinin sədri Nəbi Abdullayev və başqaları iştirak ediblər.

Saytda Axtarış

Son xəbərlər