Dalga Televiziyasi Tiflisdə radioaktiv maddəni satmaq istəyən Ermənistan vətəndaşları saxlanılıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1010
DünənDünən4516
Bu həftəBu həftə5526
Bu ayBu ay36188
Bu günə qədərBu günə qədər8779474

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Tiflisdə radioaktiv maddəni satmaq istəyən Ermənistan vətəndaşları saxlanılıb

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Gürcüstanda qanunsuz radioaktiv maddələrin alqı-satqısı ilə məşğul olan 6 nəfər saxlanılıb.


"Dalga TV" Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Dövlət Mühafizə Departamentindən bildiriblər.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində 3 nəfər Ermənistan vətəndaşı və 3 nəfər Gürcüstan vətəndaşı saxlanılıb. Onlar radioaktiv maddəni Tiflisdə satmaq niyyəti ilə əldə etdiklərini bildiriblər. Saxlanılan şəxslər radioaktiv maddəni 200 milyon dollara satmaq istədiklərini deyiblər.

Rəsmi məlumata görə, cinayət qrupunun üzvlərindən birinin yaşadığı evdə zavod üsulu ilə yığılan və göndərilmək üçün konteynerə yüklənmiş 238 U (uran -238) nüvə materialı aşkarlanıb. Nüvə materialının radiasiya dərəcəsi insan sağlamlığı üçün zərərlidir.

Saxlanılan şəxsləri 5 ildən 10 ilədək həbs cəzası gözləyir. Faktla bağlı Gürcüstanın Dövlət Təhlükəsizlik Əks Kəşfiyyat Xidmətində istintaq aparılır.

Saytda Axtarış

Son xəbərlər