Dalga Televiziyasi Ermənistan səfirliyi qarşısında keçiriləcək aksiyaya qatılmaq üçün Tiflisə yola düşən azərbaycanlılar Gürcüstana buraxılmayıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2998
DünənDünən5185
Bu həftəBu həftə2998
Bu ayBu ay50687
Bu günə qədərBu günə qədər8412318

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Ermənistan səfirliyi qarşısında keçiriləcək aksiyaya qatılmaq üçün Tiflisə yola düşən azərbaycanlılar Gürcüstana buraxılmayıb

Beynəlxalq Diaspor Mərkəzinin (BDM) Gürcüstan nümayəndəliyinin təşkilatçılığı ilə aprelin 23-də Ermənistanın Tiflisdəki səfirliyi qarşısında keçiriləcək dinc etiraz aksiyasında iştirak etmək üçün yola düşən Azərbaycanın nümayəndə heyəti Gürcüstana buraxılmayıb.

BDM-dən APA-ya bildirilib ki, nümayəndə heyətinin tərkibində olan BDM sədri İsmayıl Ağayev, sədr müavini Samir Adıgözəlli, BDM-in Gürcüstan nümayəndəliyinin rəhbəri Namiq İsayev heç bir səbəb göstərilmədən Gürcüstan sərhədçiləri tərəfindən saxlanılıb. İsmayıl Ağayev və Namiq İsayev "Qırmızı körpü" sərhəd keçid məntəqəsindən geri qaytarılıb. Samir Adıgözəlli isə Qardabanidə 2 saat saxlandıqdan sonra "Sadıqlı" keçid məntəqəsindən Azərbaycana göndərilib: "Keçiriləcək aksiya ilə bağlı Tiflis meriyasının müsbət cavab verməsinə baxmayaraq, BDM nümayəndə heyətinin saxlanması və bu ölkəyə buraxılmaması təəssüf hissi doğurur. Buna baxmayaraq BDM-in Gürcüstan nümayəndəliyi planlaşdırılmış aksiyanı həyata keçirəcək" - deyə, məlumatda qeyd olunub.

Saytda Axtarış

Son xəbərlər