Dalga Televiziyasi Ermənistandan Azərbaycana qaytarılan qadın ruhi xəstəxanaya təhvil verilib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4872
DünənDünən5773
Bu həftəBu həftə41588
Bu ayBu ay47376
Bu günə qədərBu günə qədər8409007

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Ermənistandan Azərbaycana qaytarılan qadın ruhi xəstəxanaya təhvil verilib

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistana keçən Azərbaycan vətəndaşının geri qaytarılması ilə bağlı məlumat yayıb.


"Dalğa TV"nin xəbərinə görə, məlumatda bildirilib ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının aidiyyəti beynəlxalq təşkilatlarla apardığı səmərəli danışıqlar nəticəsində, 7 iyun 2016-cı il tarixdə Ermənistan Respublikasının ərazisində saxlanmış Azərbaycan vətəndaşı, Gədəbəy rayonu, Arabaçı kənd sakini 1977-ci il təvəllüdlü, Ələkbərova Qətibə İbrahim qızı bu gün azad edilib: "Sağlamlıq durumu nəzərə alınaraq, azad edildikdən sonra Qətibə Ələkbərova dispanser qeydiyyatında olduğu Qazax rayonlararası ruhi xəstəxanasına təhvil verilib".
İnsidentsiz başa çatan proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

Saytda Axtarış

Son xəbərlər