Dalga Televiziyasi Xaricdəki azərbaycanlıların ölkəyə gəlmələri üçün turizm layihələri həyata keçiriləcək
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4661
DünənDünən5773
Bu həftəBu həftə41377
Bu ayBu ay47165
Bu günə qədərBu günə qədər8408796

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Xaricdəki azərbaycanlıların ölkəyə gəlmələri üçün turizm layihələri həyata keçiriləcək

Xaricdə yaşayan azərbaycanlıların ölkəyə gəlmələrinə şərait yaratmaq üçün dövlət tərəfindən sosial turizm layihələri həyata keçiriləcək. 

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu, yeni hazırlanan "Turizm haqqında" qanun layihəsində nəzərdə tutulub.

Sosial turizm üzrə xərclər isə dövlət büdcəsi, eləcə də yerli, bələdiyyə büdcələri hesabına, habelə könüllülük əsasında öz işçiləri və ya digər şəxslərin xeyrinə sosial turları maliyyələşdirən fərdi sahibkarın, hüquqi şəxsin və ya digər təşkilatın hesabına həyata keçirilir.

Layihədə qeyd edilir ki, dövlət tərəfindən dövlət qulluqçularının xeyrinə sosial turizmin maliyyələşdirilməsi halları, həcmi və bu maliyyələşdirmə əhatə olunan dövlət qulluqçularının dairəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Sosial turizmlə bağlı reklam sosial reklam hesab olunacaq.

Saytda Axtarış

Son xəbərlər