Dalga Televiziyasi Qayınanasını döyən kürəkənə hökm oxundu - 8 il həbs
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4663
DünənDünən5773
Bu həftəBu həftə41379
Bu ayBu ay47167
Bu günə qədərBu günə qədər8408798

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Qayınanasını döyən kürəkənə hökm oxundu - 8 il həbs

Bakıda qayınanasını döyüb, qaynını bıçaqlamaqda təqsirləndirilən Rövşən Əhədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, R. Əhədov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 3-də Bakı şəhər sakini Rəfiqə Həsənovanı döyüb və oğlu Vitalikə bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vuran Rövşən Əhədov saxlanılıb. Belə ki, R.Əhədov 3 aprel 2016-cı ildə övladlarını görmək üçün qayınanasının evinə gəlib. Lakin qayınanası onu evə buraxmayıb. Belə olan halda onların arasında mübahisə yaranıb və R. Əhədov Rəfiqə Həsənovaya yüngül bədən xəsarətləri yetirib, onun oğlunu isə bıçaqlayıb.

Saytda Axtarış

Son xəbərlər