Dalga Televiziyasi Batumidəki "TV 12" telekanalında Prezident İlham Əliyevə həsr olunmuş sənədli film nümayiş olunub
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3879
DünənDünən5773
Bu həftəBu həftə40595
Bu ayBu ay46383
Bu günə qədərBu günə qədər8408014

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Batumidəki "TV 12" telekanalında Prezident İlham Əliyevə həsr olunmuş sənədli film nümayiş olunub

 Dekabrın 24-də Batumidəki "TV 12" televiziyasında Azərbaycan Prezidenti İlham Əliyevin 55 illik yubileyinə həsr olunmuş sənədli yayımlanıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, Azərbaycanın Batumidəki Baş konsulluğunun təşəbbüsü ilə hazırlanan filmdə ölkəmizin müstəqillik illərində əldə etdiyi uğurlardan geniş bəhs olunur. 

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf konsepsiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyi filmdə xüsusi qeyd olunur. Bildirilir ki, İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici və daxili siyasət nəticəsində Azərbaycan inkişaf etmiş ölkələr sırasına çıxıb, dünya miqyasındakı mövqelərini daha da möhkəmləndirib.

Bu gün Azərbaycanda mövcud olan tolerantlıq, multikultural dəyərlər bir sıra dövlətlər üçün nümunədir.

Filmdə Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Zurab Pataradze, muxtar respublika Ali Sovetinin sədri David Qabaidze, Azərbaycanın Batumi şəhərindəki baş konsulu Rəşad İsmayılov, Batumi Dövlet Universitetinin professoru Rostom Quntaishvili, elm, mədəniyyət və ictimaiyyət xadimləri Prezident İlham Əliyev ilə bağlı fikirlərini bölüşür, Azərbaycan-Gürcüstan dostluğunun inkişafındakı xidmətlərindən danışıblar.

Saytda Axtarış

Son xəbərlər