Dalga Televiziyasi Qarın gətirdiyi qeyri-adi TƏBİƏT HADİSƏSİ
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3618
DünənDünən5773
Bu həftəBu həftə40334
Bu ayBu ay46122
Bu günə qədərBu günə qədər8407753

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Qarın gətirdiyi qeyri-adi TƏBİƏT HADİSƏSİ

Başqa ölkələrdə göydən guya quşlar və ya qurbağaların yağması haqda xəbərlər eşitmişdik. Bu dəfə isə elə özümüzdə belə bir xəbər yayıldı ki, Lerikdə göydən qarla bərabər soxulcanlar da yağıb. Dünəndən Lerikə qar yağmağa başlayıb və bir neçə şəxs qarın üzərində soxulcanların videosunu çəkərək sosial şəbəkələrdə paylaşıb ki, guya həmin soxulcanlar göydən tökülüb. Müzakirələrə səbəb olan videonu ekoloqlarla müzakirə etmişik. Göydan soxulcanın yağması mümkündürmü?

Lerik rayonuna yağan qar başqa məqamıyla gündəm mövzusuna çevrilib. Rayon sakinləri göydən qarla bərabər soxulcan yağdığını iddia edib.

Sosial şəbəkələrdə yayılan videolarda qarın üzərində soxulcanların olduğu görünür. Videonu çəkən şəxs soxulcanların qarla bərabər yağdığını deyərək bunu möcüzə adlandırır.

Videolar sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəs əslində soxulcanların qarla birgə yağması mümkündürmü? Ekoloq Telman Zeynalov bunun adi torpaq qurdları olduğunu bildirir.

Ekoloq Telman Zeynalov yağış və ya qarla bərabər hansısa canlıların yağmasının mümkün olmadığını bildirir.

Qeyd edək ki, Lerikə dünəndən yağan qarın hündürlüyü 20 santimetrə qədər olub.lənkəran regional hidrometeorologiya müəssisəsindən verilən məlumata görə, bölgədə hökm sürən qeyri-sabit hava şəraiti hələ bir neçə gün davam edəcək. 

Saytda Axtarış

Son xəbərlər