Dalga Televiziyasi Azərbaycanlı gənclər Gürcüstanda 9 aprel şəhidlərinin xatirəsini anıblar
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3487
DünənDünən5773
Bu həftəBu həftə40203
Bu ayBu ay45991
Bu günə qədərBu günə qədər8407622

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Azərbaycanlı gənclər Gürcüstanda 9 aprel şəhidlərinin xatirəsini anıblar

Gürcüstanda təhsil alan azərbaycanlı tələbələr 1989-cu il aprelin 9-da bu ölkədə baş vermiş qırğınlarla bağlı anım tədbiri keçiriblər.

İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycanın Dostları Klubunun təşəbbüsü ilə Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzində keçirilən tədbirdə bu ölkədəki səfirliyimizin əməkdaşları, Gürcüstanın müxtəlif ali məktəblərində təhsil alan azərbaycanlı və gürcü tələbələr, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Muzeyin direktoru, Əməkdar Mədəniyyət İşçisi Leyla Əliyeva tədbiri açdıqdan sonra Azərbaycanın və Gürcüstanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Ölkəmizin Gürcüstandakı səfirliyinin birinci katibi Elçin Məmmədov çıxış edərək Azərbaycan ilə bu ölkə arasındakı dostluq əlaqələrindən danışıb. Bildirib ki, keçmiş sovet ordusunun 1989-cu ilin aprelində Gürcüstanda, 1990-cı ilin yanvarında isə Azərbaycanda törətdiyi qırğınlar xalqlarımızın mübarizə əzmini qıra bilməmiş, əksinə, daha da möhkəmləndirmişdir. Məhz bu mübarizə nəticəsində müstəqilliyimizi bərpa etmişik və möhkəmləndirmişik.

Sonra xeber.ge saytının rəhbəri Amil Hacıyev, Tbilisi Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycanın Dostları Klubunun koordinatoru Leyla Əmrahova, “Borçalı Gənclər Birliyi”nin sədri Elmar Novruzov, “Borçalı İrəli” İctimai Birliyinin sədri Məhəbbət İmanov, gənc tələbə Tural Ramazanov və başqaları çıxış edərək 20 Yanvar və 9 Aprel hadisələri arasında paralellər aparıb, tələbə gənclərin tariximizi daha dərindən öyrənmələrinin vacibliyini vurğulayıblar.

Bildirilib ki, bu cür tədbirlər dostluğumuzun bariz nümunəsidir. Hər iki ölkənin gənclərinin birliyi xalqlarımızın parlaq gələcəyinin əsasıdır.

Saytda Axtarış

Son xəbərlər