Dalga Televiziyasi Gəncədə avtomobil maneəyə çırpılıb, bir ailənin 6 üzvü xəsarət alıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1263
DünənDünən5773
Bu həftəBu həftə37979
Bu ayBu ay43767
Bu günə qədərBu günə qədər8405398

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gəncədə avtomobil maneəyə çırpılıb, bir ailənin 6 üzvü xəsarət alıb

Bu gün Gəncə şəhərinin qərb çıxışında avtomobil maneəyə çırpılıb, bir ailənin üzvləri xəsarət alıb.

APA-nın Qərb bürosunun məlumatına görə, hadisə Gəncə-Şəmkir yolunun Göygöl rayonun Quşqara kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“20 DB 687” dövlət nömrə nişanlı “Şevrolet-Avea” markalı minik avtomobili dönmə əməliyyatını yerinə yetirən zaman idarəetmədən çıxıb və avtomobil yolun kənarındakı maneəyə çırpılıb. Qəza zamanı sürücü, həyat yoldaşı, anası və 3 övladı müxtəlif dərəcəli bədən xəsarəti alıb və Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Sürücü Əliyev Anar və iki övladı yüngül, sürücünün anası 1952-ci il təvəllüdlü Əliyeva Nazilə, sürücünün həyat yoldaşı 1982-ci  təvəllüdlü Əliyeva Sevinc, övladı 2005-ci il təvəllüdlü Əlizadə Nuranə ciddi xəsarət alıblar. 

Faktla bağlı araşdırma aparılır. 

Saytda Axtarış

Son xəbərlər