Dalga Televiziyasi Gürcüstanda güclü külək ciddi fəsadlar törədib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün520
DünənDünən5773
Bu həftəBu həftə37236
Bu ayBu ay43024
Bu günə qədərBu günə qədər8404655

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanda güclü külək ciddi fəsadlar törədib

Gürcüstanda güclü külək paytaxt Tbilisi və Rustavi şəhərində ciddi fəsadlara səbəb olub.  

APA-nın yerli bürosunun məlumatına əsasən, güclü külək nəticəsində Tbilisinin bəzi mərkəzi küçələrində bir neçə iri gövdəli ağac maşınların və  elektrik xətlərinin üzərinə aşıb. Nəticədə maşınlara ciddi ziyan dəyib, elektrik enerjisinin verilişində fasilələr yaranıb. 

Güclü külək Rustavi şəhərində reklam lövhəsinin aşmasına səbəb olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Küləyin yaratdığı fəsadlarla bağlı vətəndaşlardan Fövqəladə Halların İdarə Olunması Agentliyinə çoxlu sayda zəng daxil olub.

Gürcüstanın Ətraf Mühit üzrə Milli Agentliyinin Hidrometeorologiya Mərkəzi küləyin sürətinin axşam saatlarında daha da güclənəcəyi barədə xəbərdarlıq edib.

Küləyin sürətinin sentyabrın 8-dən etibarən tədricən azalacağı gözlənilir.

Saytda Axtarış

Son xəbərlər