Dalga Televiziyasi Gürcüstanda Qardabani sakinləri hakim partiyanın namizədinə etiraz edir
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün5651
DünənDünən6004
Bu həftəBu həftə36594
Bu ayBu ay42382
Bu günə qədərBu günə qədər8404013

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanda Qardabani sakinləri hakim partiyanın namizədinə etiraz edir

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Qardabani rayonunda bir qrup sakin etiraz aksiyası keçirib.


APA-nın yerli bürosunun məlumatına görə, aksiya iştirakçıları hakim “Gürcü Arzusu” Partiyasının Qardabani rayon icra başçısı vəzifəsinə namizədi Ramaz Budaqaşvilinin namizədliyinə etiraz ediblər.


Sakinlər qarşıdan gələn yerli idarəetmə orqanları seçkilərində R. Budaqaşvilinin namizədliyini dəstəkləməyəcəklərini bildiriblər. Onlar hakim partiyadan rayonun hazırkı icra başçısı Qoça Camaraulinin namizədliyinin irəli sürülməsini tələb ediblər. Etirazçıların  sözlərinə görə, Q. Camaraulinin rəhbərliyi altında Qardabani rayonunda ciddi işlər görülüb. Tələb yerinə yetirilməyəcəyi təqdirdə, aksiyalar davam etdiriləcək.
 

Qeyd edək ki, Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilər oktyabrın 21-də keçiriləcək.  

Saytda Axtarış

Son xəbərlər