Dalga Televiziyasi Azərbaycanda yaşayan gürcülərin Gürcüstan vətəndaşlığı alması asanlaşdırıla bilər
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3782
DünənDünən6004
Bu həftəBu həftə34725
Bu ayBu ay40513
Bu günə qədərBu günə qədər8402144

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Azərbaycanda yaşayan gürcülərin Gürcüstan vətəndaşlığı alması asanlaşdırıla bilər

Azərbaycanda yaşayan etnik gürcülərin Gürcüstan vətəndaşlığı alması proseduru sadələşdirilə bilər.
 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə qanun layihəsi hazırlanıb. 
 

Sənədə əsasən Gürcüstan vətəndaşlığına keçmək proseduru gürcü soyadı daşıyan və özünü gürcü hesab edən immiqrantlar üçün sadələşdiriləcək. Qanun layihəsinin məqsədi Gürcüstanın demoqrafik vəziyyətinin yaxşılaşdırılması və xaricdə yaşayan gürcülərin vətənlərinə qayıtmasına dəstək verilməsidir.


Qanun layihəsinə dair izahatda qeyd olunub ki, Azərbaycan, İran və Türkiyədə yaşayan etnik gürcülərin Gürcüstan vətəndaşı olmaq haqqı var: “Gürcülərin Gürcüstanda azlıq olmaması üçün qanunvericiliyə əhəmiyyətli dəyişikliklər edilməlidir. Son 25 il ərzində 2 milyondan çox həmvətənimiz müxtəlif səbəblərə görə ölkəni tərk edib və onların çoxu digər ölkələrin vətəndaşlığını alıb”.

  
Sənəddə eyni zamanda, xarici vətəndaşlar tərəfindən Gürcüstan vətəndaşlığının alınması prosedurunun çətinləşdirilməsi nəzərdə tutulub.


Qeyd edək ki, ötən ilin əvvəlində Gürcüstan əhalisinin sayı 3 718 200 nəfər təşkil edib ki, bu da 2016-cı ilin eyni göstəricisi ilə müqayisədə 2200 nəfər azdır.

Saytda Axtarış

Son xəbərlər