Dalga Televiziyasi Tbilisinin Vazeh küçəsində hotel tikintisinə qarşı etiraz aksiyası keçirilib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2693
DünənDünən6004
Bu həftəBu həftə33636
Bu ayBu ay39424
Bu günə qədərBu günə qədər8401055

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Tbilisinin Vazeh küçəsində hotel tikintisinə qarşı etiraz aksiyası keçirilib

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin Mirzə Şəfi Vazeh küçəsində hotel tikintisinə etiraz edən bir qrup vətəndaş aksiya keçirib.
 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, etirazçılar qayaların uçurularaq şəhərin qədim tarixi hissəsinin görkəminin dəyişdirilməsinin yolverilməz olduğunu bildiriblər.


Aksiya işitrakçılarından biri, Tbilisinin meri vəzifəsinə müstəqil namizəd olmuş Aleko Elisaşvili deyib ki, şəhərin unikallığı onun landşaftı və memarlığıdır. “Təcrübədə adətən kompüter qrafikasında bir layihə, tikintidən sonra isə başqa layihə görürük. Biz hoteli inşa edən tikinti şirkətinin nümayəndələri ilə görüş və layihənin bizə göstərilməsini tələb edirik”.


Vətəndaş qrupu M. Ş. Vazeh küçəsində mehmanxana tikintisi ilə bağlı müxtəlif etiraz aksiyalarını davam etdirəcəyini bildirib.
 

Qeyd edək ki, ötən ilin dekabrın 18-də adıçəkilən küçədə Tbilisi meriyasının icazəsi ilə İsrail şirkəti hotel tikintisinə başlayıb. Layihənin dəyəri 12 milyon dollar təşkil edir.

Saytda Axtarış

Son xəbərlər